vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
00:11 | 1 oktyabr 2013 | Çərşənbə axşamı Məqaləyə 4511 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sevgi şeirimizdə mevgi»

Tükdən ətə

Salam SARVAN

Kül keçəlin başına... Ey əsiri-dami-ğəm, yadındamı bu konudakı keçən söhbətimizdə harda qalmışdıq?

Demişdik ki, şairlərimiz çox utancaq olduqlarından 300 il ərzində yalnız sevgili-cananın tükləriylə məşğul olmuşlar. Bu 400 ilin 150-si yarın siyah tellərinə, 100-ü hilal qaşlarına, 50-si ox kipriglərinə getmiş.
Ey şux, sevgi şeirimizin tükdən ətə keçməsi beyqəfil. Məsələ bu ki, təsadüf nəticəsində klassik şairlərimizdən biri cananın kipriglərindən üç santimetr aşağıda qara bir nöqtə görmüş və məlum olmuş ki, bu, bir xaldır ki, məskən eylədiyi yerə ol güli-rüxsarın yanağı deyirlər.
Ey pərizad, həm də bu keçid çox radikal: pərişan zülfdən birbaş “xırda sümük üstündə qat-qat ətə”!
Ey ayqabaq, beləliklə də sevgi şeirimizin o aycamallının “quzu quyruğu tək nazikü yumşaq” əndamında yeni marşurutu açılmış: lalə yanağdan püstə ağıza və qönçə dodağa, dodaqdan çənəyə, çənədən zənəxdana, zənəxdandan boğaza, boğzdan buxağa ki, çənəynən boğazın arasında yerləşir. Oradan isə birbaş tər sinəyə...
Ey kamanəbru, ümumən, o dövr şairlərimizin gözaltı elədiyi “gəlin”lərin hamısı bir-birinə oxşamış. Onların hamısı alyanaq, hamısı qönçədodaq, hamısının ağzı sədəf, hamısının dişi dürdanədən, hamısının əndamı ağ, hamısının gərdəni mina, hamısının sinəsi mərmər, hamısının gözləri ala, hamısının buxağı tər.
Və nədənsə, bir qayda olaraq hamısının çənəsində çuxur.
Ləbü-ləbü-ləb, ləb-ləbü-ləb... Ey sitəmkar, hərçənd anlamaq çətin: cananın həsrətindən cigəri parə-parə, bağrı qan, didəsi giryan olan, yəni, əğyarın mərdüməzarlığı ucbatından yara qovuşa bilməyən bu şairlər onun dodaqlarının “şəkkər” olduğunu hardan bilmişlər?
Ey mələksima, klassik sevgi şeirimizdə təkcə cananın boyu məsələsində ciddi fikir ayrılığı. Məsələn, Molla Vəli Vidadinin yar zövqü “sərvboylu”, Qasım bəy Zakirinki isə “nə uzun, nə gödək, miyanə gərək”.
Ey sərvinaz, “sərv” deyərkən Cənubda bitən həmişəyaşıl iynəyarpaqlı ağac nəzərdə tutulduğundan, demək mümkün ki, Vidadinin yarının hündürlüyü 20-25 metr arasında, orta boyu bu ölçüyə nisbətdə hesablasaq, Qasım kişininin yarının hündürlüyü isə 15 metr olmuş.
Ey qəmzəxəncər, bunu da buyurum ki, klassik sevgi şeirimizdə gözəllik standartı 90-60-90 olmamış. O şairlərin vəsf elədikləri “meydan sinə, incə bel, nazik ayaq” ölçülərindən çıxış eləsək, təxmini hesablamalarıma görə, onlar üçün gözəllik standartı bu: 130-60-30.
Ey pəriçöhrə, ümumən, klassik sevgi şeirimizin ana xəttində cananın “nazik ayaqlı”, “qulac qollu”, “incə belli” olduğunu nəzərə alsaq, aydın olur ki, o dövr şairlərimizin sevgililəri doydaq quşuna oxşamış.
Tük keçəlin başına.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)