vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
12:46 | 19 may 2013 | Bazar Məqaləyə 2240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çox şükür!”

İranda həbsdə saxlanılan AMEA-nın elmi işçisi və onun sürücüsü azadlığa buraxılıb

Trend

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.

Bu barədə Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, İranda səfərdə olan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.
Nümayəndə heyətinə Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir.
İranın Azərbaycandakı səfiri Mövsüm Pakayin Trend-ə məlumatı təsdiqləyib. O bildirib ki, yaxın günlərdə Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Azərbaycana göndəriləcəklər.
Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.