vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
02:21 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Urmiya problemində əsas amil puldur»

«Gölün quruması ölkəyə 1 trilyon dollar ziyan vuracaq…»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hazırda Urmiya gölünü təhdid edən əsas amil, büdcə məsələsidir». Bu barədə Urmiya Gölünü Canlandırma Mərkəzinin rəisi Ətraf-Mühit və Azad Universiteti mütəxəssislərinin təşəbbüsü ilə Urmu gölünün canlandırılması mövzusunda keçirilən iclasda bildirib.

«Prezident Həsən Ruhaninin seçki şüarlarından biri Urmiya gölünün canlandırılması olub, bu əsasda onun hakimiyyətində Urmiya Gölünü Canlandırma Mərkəzi yaradıldı və gölün bir il müddətində canlandırılmasına qərar verildi. Bundan sonra elmi araşdırmalara başlandı və biz 6 ay müddətində araşdırma işləri ilə ciddi məşğul olduq. Əlbəttə ki, araşdırmalar yenə də davam edir. Sonra isə icra orqanlarının istiqamətini və yanaşmasını dəyişmək üçün onları qane etməyə və bu kimi digər işlərə ehtiyac var idi. Bütün bunlar da həyata keçirildi və artıq icra orqanları gölün canlandırılması istiqamətində hərəkət edirlər. Lakin hal-hazırda Urmiya gölünü təhdid edən əsas amil büdcə məsələsidir»- deyə İsa Kəlantəri bildirib.

Urmiya Gölünü Canlandırma Mərkəzinin rəisi gölün canlandırılmasının maliyyə baxımından əhəmiyyətinə də toxunub. «Urmiya gölünün quruması ölkəyə 1 trilyon dollar ziyan vuracaq. Lakin onun canlandırılmasına təxminən 6,7 milyard dollar lazımdır. Bu rəqəmlər gölün canlandırılmasının sərfəli və çox vacib olduğunu göstərir»- deyə o vurğulayıb.