Vaxt.Az

Baş Prokuror Sumqayıtda...


 

...vətəndaşları harada qəbul edəcək?

Baş Prokuror Sumqayıtda... Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov cari il yanvarın 24-də saat 11:00-da Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefon və [email protected] electron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
 





10.01.2014    çap et  çap et