Vaxt.Az

Paşinyan İcevana getdi


 

Ermənistanın iki şəhərində etiraz mitinqləri olacaq

Paşinyan İcevana getdi Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.

Vaxt.az “Trend”ə istinadən xəbər verir ki, N.Paşinyan “Facebook” səhifəsində yazıb: “Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək”.

Ötən gün müxalifətin İrəvan-Gümrü avtoyürüşü Ermənistanın ikinci böyük şəhərində minlərlə insanın iştirak etdiyi mitinqlə başa çatıb.

Qeyd edək ki, Ermənistanda Serj Sərkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sərkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.

 





28.04.2018    çap et  çap et