Vaxt.Az

Nazir «təmizliy»ə başladı


 

Bakı polisinin «kardinalı» vuruldu, rəis müavinindən sonra növbə kimindir?

Nazir «təmizliy»ə başladı Daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyevin tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb.


Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən daxil olub.

Xəbərə görə, Nadir Piriyev işdə yol verdiyi nöqsanlara görə işdən azad olunub.

Bakı şəhər DYP-də faktiki olaraq ikinci şəxs olan Piriyevin işdən çıxarılmasının səbəbi son korrupsiya qalmaqalları olub. Həmin skandalda yol polisi əməkdaşlarının da adı hallanıb.

 





11.06.2014    çap et  çap et