Vaxt.Az

QMİ MTN-nin arxivində ...


 

Yeni kitab üçün araşdırma aparılır

QMİ MTN-nin arxivində ... Qafqaz Müsəlmanlar İdarəsinin tarixi ilə bağlı çoxcildli kitab hazırlanır. Hafta.az-ın məlumatına görə, bunu QMİ-də dindarlarla keçirilən görüşdə qurumun sədri, şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, bununla bağlı müxtəlif ölkələrdən Azərbaycana 40 minə yaxın sənəd gətirilib.


Şeyxülislam qeyd edib ki, QMİ əməkdaşları Milli Təhlükəsizlik Nazirliyinin arxivində də araşdırma aparır: «Sovet dövründə və ondan əvvəlki dövrlərdə dindarların «kulak» elan olunması, repressiyaya məruz qalması, dinimizlə bağlı müxtəlif dövrlərdə baş verənlər bu kitablarda əksini tapacaq».

 





25.06.2014    çap et  çap et