Vaxt.Az

Hollandiya tilsimi qırmaq yolunda


 

Argentina isə Braziliyanın qisasını Avropa klubundan almaq istəyəcək

Hollandiya tilsimi qırmaq yolunda FİFA Dünya Çempionatı - 2014-də ikinci finalçını məlum edəcək yarım final qarşılaşmasında Argentina - Hollandiya ilə üz-üzə gələcək.


Braziliyanın Sao-Paulo şəhərinin mərkəzi «Sao Paulo» stadionunda Bakı vaxtı ilə gecə 1-də keçiriləcək oyunu Türkiyəli hakimlər qrupu idarə edəcək.  Cüneyit Çakırın əsas idarəçiliyinə Bahəddin Duran və Tarix Ongün yardım edəcək. Dördüncü hakimlik isə isveçli Cones Erikssona tapşırılıb. Komandaların heyətinə gəldikdə:

Hollandiya ilk 11

Cillessen, Indi, Vlaar, Vrij, Kuyt, Blind, Vijnaldum, De Guzman, Sneiyder, Robben, Van Persi

Baş məşqçi: Van Qal.


Argentina ilk 11

Romero, Zabaleta, Garay, Demiçelis, Rojo, Gago, Maskerano, Perez, Messi, Hiquain, Aquero

Baş məşqçi: Alejandro Sabella

 





09.07.2014    çap et  çap et