Vaxt.Az

4 gün iş olmayacaq


 

Nazirlər Kabineti bayram günlərini açıqladı

4 gün iş olmayacaq Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 28, 29 iyul tarixləri qeyri-iş günüdür. Bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilib. Bildirilib ki, rəsmi olaraq dövlət qurumlarında 2 gün qeyri-iş günü olacaq.

Bayram günləri həftənin bazar ertəsi və çərşənbə axşamına təsadüf etdiyindən şənbə-bazar günləri işləməyən müəssisələrdə avtomatik olaraq 4 gün iş olmayacaq.

Qeyd edək ki, iyulun 26, 27-si həftənin şənbə və bazar gününə təsadüf edir.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

 





14.07.2014    çap et  çap et