Vaxt.Az

Dieqo Kosta «Çelsi»də


 

İngilislər 40 milyon avrolarından keçdilər

Dieqo Kosta «Çelsi»də İngiltərənin «Premier Liga» nəhənglərindən olan «Çelsi» İspaniyanın «Atletiko» (Madrid) klubunun və builki dünya çempionatında çıxış edən İspaniya millisinin hücumçusu Dieqo Kosta ilə 5 illik müqavilə imzaladı.

Madrid komandasının 18 il fasilədən sonra İspaniya «La Liga»sında çempion olmasında və Çempionlar Liqasında final oynamasında böyük payı olan 25 yaşlı futbolçunun transferi ucun daha öncədən klubu ilə razılığa gələn London təmsilçisi, bu gün İspaniyalı forvetlə 5 ilik müqavilə imzalandığını rəsmi internet səhifəsindən bildirdi. Xəbərdə bildirilir ki, Kosta bir həftə ərzində mövsüm öncəsi yeni komandası ilə hazırlıq məşqlərinə qatılacaq. London klubuna gəldiyi üçün çox sevindiyini bildirən ispan futbolçu «Çelsi»nin çox mübarizə dolu bir çempionatda və böyük bir komanda olmasını hər kəs yaxşı bilir. «Premier Lig»də mücadilə edəcəyim üçün indidən çox həyəcanlıyam» deyərək hisslərini gizlətməyib.

Xatırladaq ki, Dieqo Kosta ötən mövsüm «Atletiko» (Madrid) forması ilə çıxdığı 52 oyunda 36 dəfə rəqib qapılarına yol tapmışdı. İngilis mediası «Çelsi»nin ispan futbolçu ucun madridlilərə 40 milyon avro ödədiyini iddia edirlər.

 





15.07.2014    çap et  çap et