Vaxt.Az

Demba Ba «Besiktas»da


 

İstanbullular «Çelsi»nin dirənişini qırdılar

Demba Ba «Besiktas»da Türkiyənin «Beşiktaş» klubu uzun zamandır axtardığı hücumçusunu İngiltərədə tapdı. mövsüm öncəsi ilk «bombasını partlatdı» «ağ-qara»lar «Çelsi»nin seneqallı forveti Demba Banı 4 il müddətinə heyətinə qatdı.

Portuqaliyalı hücumçusu Huqo Almeida ilə yolları ayrılan klub həmin mövqedə oynayan ulduz ovuna çıxmışdılar. İlk olaraq seneqallını bir iliyinə kirayələmək istəyən istanbullular «Çelsi»nin oyunçusunu satmaq təkidi ilə qarşılaşıblar. Çıxılmaz vəziyyətə düşən Fikrət Orman yönətimi futbolçunun bonservisi ilə almaqdan başqa çıxıç yolu qalmayıb. Qapını 13 milyon avrodan açan «Celsi» bir həftə davam edən danışıqların sonunda 8 milyon avroya razılaşıb.

Bu gün İstanbula gələn Demba Banın 4 illik müqavilə imzalayacağı gözlənilir. Seneqallı hər il ucun 2.8 milyon avro qazanacaq.

 





16.07.2014    çap et  çap et