Vaxt.Az

Xedira «Arsenal»da?


 

Transferin keçidi 15 min funt-sterlinqdən asıldır

Xedira «Arsenal»da? «Premier Liga»nın ünlü klublarından «Arsenal» İspaniyanın «Real» (Madrid) klubun futbolçusu Sami Xediranı transfer etmək arzusu reallaşmaq üzrədir.

Vaxt.az türk mediasına istinadən xəbər verir ki, londonlular bu transfer ucun ispanlara ödəniləcək 25 milyon avronu kassalarından çıxarıb. Lakin klublar razılığa gəlsələr də, «topçular» futbolçunu da razı salmalıdırlar. Mərakeş əsilli Almaniya millisinin oyunçusunun bu keçidə yaşıl işıq yandırsa da, illik məvacib üçün 7 milyon avro istəməsi ingilisləri yamanca düşündürüb. Qeyd edək ki, İngiltərə çempionatında futbolçuların maaşı həftəlik verilir. Yəni Xediranın istədiyi məvacib 105 min funt sterlinqdir. Amma «Arsenal» bu məvacibi 90 min ilə sona çatdırmaq istəyir.

Yayılan şayiələrə görə Almaniyanın 4-cü dəfə dünya çempionu olmasında böyük payı olan Xediranın «Premier Liga» keçidində bir bayraq altında oynadığı türk əsilli futbolçu Məsut Ozilin rolu böyük olub.

 





16.07.2014    çap et  çap et