Vaxt.Az

Akademiyada yeni qurum


 

Nəşriyyat Şurası elmi yeniliklərin dərci ilə məşğul olacaq

Akademiyada yeni qurum AMEA Rəyasət Heyətində AMEA Elmi Nəşriyyat Şurasının yaradılmasına həsr olunmuş iclas keçirilib.

Şuranın yaranmasını təklif edən AMEA prezidenti akademik Akif Əlizadədir. Yeni yaradılacaq Şura AMEA-da nəşriyyat fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elmi uğurların dünya ictimaiyyətinə çatdırılması, eləcə də çapla bağlı yaranmış problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Sonda AMEA Elmi Nəşriyyat Şurasının təklif olunan tərkibdə yaradılması haqqında qərar qəbul olunub. Qərara əsasən Şura daxilində fizika-riyaziyyat və texnika, kimya, yer, ictimai, humanitar və həyat haqqında elmi bölmələr fəaliyyət göstərəcək (modern.az).

 





23.07.2014    çap et  çap et