Baş nazirin müavini bildirib ki, ATƏT-in Minsk Qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidirlər: «Bizə etimaddan danışan Minsk Qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar».
Ə.Həsənov bildirib ki, Azərbaycan artıq onlara inanmır: «Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk Qrupu, demək olar ki, mahiyyətini itirib».
Baş nazirin müavini, həmçinin qeyd edib ki, Ağdam gec-tez erməni işğalından azad ediləcək: «Çox təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir. Biz Ağdamı işğaldan azad edəcəyik. Buna tam əminik».