Vaxt.Az

Hərbi geyim qaydaları dəyişilir


 

Bu element tam yox, qismən ləğv edilib

Hərbi geyim qaydaları dəyişilir Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydalarında dəyişikliklərin edilməsi gözlənilir. Bu barədə hərbi mənbələrdən məlumat verilib. Artıq bununla bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dəyişikliklər layihəsi hazırlanaraq təsdiq olunmaq üçün hökumətə təqdim olunub.

Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Yeniliklərin nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin sonlarında müdafiə nazirinin əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasının daşınma qaydaları»nda dəyişikliklər edilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay (qış) və istiləşdirilmiş gödəkcələrində bel kəmərlərinin daşınmamasına icazə verilir. Uniformada bu element tam yox, qismən ləğv edilib. Burada məqsəd həm hərbi formanın estetik baxımdan görünüşü, həm də hərbi qulluqçuların rahatlığına üstünlük verilməsidir.(APA)

 





24.07.2014    çap et  çap et