Vaxt.Az

Əli Abbasova yeni müavin


 

Elmir Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini oldu

Əli Abbasova yeni müavin Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyində yeni təyinat həyata keçirildi. Prezident İlham Əliyevin sərəncamı ilə RYTN-ə naziri Əli Abbasova yeni müavin təyin olundu. Həmin sənədi deyilir ki,

E.T.Vəlizadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Elmir Tofiq oğlu Vəlizadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini  təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul  2014-cü il 

 





26.07.2014    çap et  çap et