Vaxt.Az

Fransa təyyarəsi ölümdən döndü


 

«Air France» məxsus uçaq İrəvanda son anda xilas oldu

Fransa təyyarəsi ölümdən döndü Parisdən İrəvana uçan «Air France» hava şirkətinə məxsus təyyarə «Zvatnos» hava limanında qəzadan son anda qurtula bilib.

 Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hava limanına eniş zamanı təyyarə sol tərəfə güclü şəkildə əyilib, şassi uçuş zolağına toxunub və pilotlar ilk cəhddə uğurlu eniş edə bilməyiblər. Bu səbəbdən hava limanı ətrafında ikinci dəfə fırlanan təyyarə bir anda yeksəkliyə qalxıb.

Məlumata görə, təyyarənin sol qanadı da uçuş zolağına toxunub. Ancaq zərbə güclü olmayıb. Bu zaman təyyarənin içində panika yaranıb, sərnişinlər qışqırıblar, çoxlu uşaq olduğu bildirilir. Sərnişinlərdən birinin dediyinə görə, bu zaman heç kim onlara heç nə izah etməyib. Yalnız sərnişinlərdən birinin müdaxiləsindən sonra pilot deyib ki, xırda anlaşılmazlıq baş verib.

Nəticədə təyyarə hava limanı üzərində 40 dəqiqə dövrə vurub, bu zaman da ciddi silkələnmə olub. Sərnişinlərdən birinin sözlərinə görə, təkrar eniş zamanı təyyarə sanki üzrümüş. Bu zaman qadın sərnişinlərdən birinin ürəyi gedib. Ona yardım üçün həkim briqadası çağırılıb.

 





28.07.2014    çap et  çap et