Vaxt.Az

«Müstəqil siyasətimiz qonşuları narahat edir»


 

Vahid Əhmədov: «Cəbhədəki son hadisələrdə Rusiyanın da əli var»

«Müstəqil siyasətimiz qonşuları narahat edir» «Cəbhə xəttindəki son hadisələr bizi narahat edir. Allah şəhidlərimizə rəhmət eləsin, ata-analarına, yaxınlarına səbir versin!». Bunu modern.az saytına açıqlamasında deputat Vahid Əhmədov cəbhədəki gərginliyi şərh edərkən deyib. O, cəbhədəki təhlükəli durumun siyasi təxribat olduğunu istisna etməyib.

Deputatın sözlərinə görə insidentlərin baş verməsində Rusiyanın da əli var. «Düşünürəm ki, vəziyyətin gərginləşməsi siyasi bir məsələdir. Burada digər qonşu dövlətlərin də əli var. Rusiya Azərbaycanı Avrasiya İttifaqına sürükləmək üçün təzyiqlərə əl atır. Azərbaycan dövlət başçısının ordunun müasirləşdirilməsi, gücləndirilməsi üçün səylərini hamı bilir. Azərbaycanda güclü ordunun formalaşması üçün bütün işlər görülüb, bundan sonra da görüləcək».

V.Əhmədov daha sonra əlavə edib: «Azərbaycan əsgərlərinə, zabitlərinə düşmən təxribatlarının qarşısını almaq üçün uğurlar arzu edirəm. Dünyada gedən proseslər bir daha onu göstərir ki, Azərbaycan müstəqil dövlət kimi fəaliyyət göstərməyə qadirdir. Ola bilər ki, Azərbaycanın müstəqil siyasəti bizim qonşularımızı narahat edir».

Qeyd edək ki, iki gündür erməni kəşfiyyat-təxribat qruplarının Azərbaycan sərhədinə keçmək cəhdlərinin qarşısını alarkən Silahlı Qüvvələrimiz 16 hərbçisini şəhid verib.

 





02.08.2014    çap et  çap et