Vaxt.Az

İrəvanda atışma


 

Yaralılar var

İrəvanda atışma Ermənistanın paytaxtı İrəvanda silahlı insident olub. ANS PRESS-in məlumatına görə, hadisə barlardan birində baş verib.

Şahidlərin sözlərinə görə, bir qrup gənc arasında mübahisə düşüb. Gənclər mübahisələrini küçədə davam etdiriblər. Əlbəyaxa olan gənclərdən biri üzərində gəzdirdiyi odlu silahla qarşı tərəfə atəş açıb. İki nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Yaralananlardan birinin 20, digərinin isə 42 yaşı var. Atəş açan şəxs hadisə yerindən qaçıb. Polis hazırda onun tutulması istiqamətində tədbirlər görür.

 





16.08.2014    çap et  çap et