Vaxt.Az

Dünya çempionu orduya yardım üçün medalını satdı


 

Hərracda satılan medalı yenidən gimnasta qaytarıblar

Dünya çempionu orduya yardım üçün medalını satdı Ukraynanın dünya çempionu Nataliya Qodunkonun orduya yardım üçün hərracda satdığı qızıl medalı onun özünə qaytarıblar.

Ukrayna mediasının məlumatına görə, bədii gimnastika üzrə dünya çempionuna medalı hərracda qalib gələn Ukraynanın deputatı Vladimir Poloçaninov qaytarıb.

Yada salaq ki, Nataliya Qodunko bədii gimnastika üzrə 2001-ci ildə qazandığı qızıl medalı Ukrayna ordusuna yardım üçün 100 min qrivenə - təxminən 7,6 min ABŞ dollarına hərracda satmışdı.

 





17.08.2014    çap et  çap et