Vaxt.Az

ETTELAAT-dan Savalan «əməliyyatı»


 

İran xüsusi xidmət orqanları xeyli azərbaycanlını saxladı

ETTELAAT-dan Savalan «əməliyyatı» İranın Kəşfiyyat İşləri üzrə Nazirliyə (ETTELAAT) bu günlərdə Ərdəbildə Savalan dağına dinc yürüş etmək istəyən onlarla azərbaycanlı fəalı həbs edib. «Azadlıq» radiosu xəbər verir ki, bu barədə southernazerbaijan.com saytı məlumat yayıb.

Sayt avqustun 15-də yaydığı məlumatda saxlanan fəallarının bəzilərinin adları verib. Onlar Həsən Colani, Mesam Colani, Cəfər Rüstəmi, Həbib Negahban, Fərhad Aslani, Rəhim Qulami, Səid Hüeyni, İsa Əzizi, Sejjad İbrahimpur, Əli Colani, Aidin Zaker, Həmid Quti və Reza Qutidir.

Savalana yürüş edərkən tutulanların ETTELAAT-ın Meşkinşəhrdəki mərkəzində saxlandığı və onlara fiziki və psixoloji işgəncələr verildiyi bildirilir. Azərbaycanlı fəallar İslam rejiminə qarşı qanunsuz toplanma və təbliğatın təşkilində ittiham olunurlar.

Hələlik İranın rəsmi qaynaqlarından bu hadisə barədə bir məlumat verilmir.

İrandakı azərbaycanlılar arasında Savalan dağı müqavimət simvolu hesab olunur. Fəallar hər il həmin dağa toplaşıb milli azadlıqlar tələb edən şüarlarla mitinq keçirilər.

 





18.08.2014    çap et  çap et