Vaxt.Az

İngiltərədə İŞİD qorxusu


 

«Suriyaya və İraqa döyüşməyə gedənlərin sayı 500-ü keçib»

İngiltərədə İŞİD qorxusu İngiltərə «İslam Dövləti» (İŞİD) terror qruplaşmasına üzv olan ingilislərin sayının artmasından və onların nə vaxtsa öz ölkələrində terror aktları törədə biləcəklərindən ehtiyat edir.

ANS PRESS-in məlumatına görə, London polis müstəntiqlərindən olan Hoqan Hou İngiltərənin terrorla mübarizə sahəsində gördüyü tədbirləri nəzərdən keçirməli olduğunu bildirib.

«Bizim əsl qorxu mənbəyimiz, İngiltərədən Suriyaya və İraqa döyüşməyə gedənlərin sayıdır. Ən az 500-600 nəfərin getdiyini düşünürük. Bəziləri geri qayıdıb. Gözümüz onların üstündədir. Bir terrorist şəbəkəsi içindədirlər. Bu, bizdə narahatlıq yaradır. Çünki onların 2/3-nin London ərazisində yaşadığını güman edirik. Bu isə böyük bir rəqəmdir» – deyə, polis komissarı narahatlığını dilə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ nümayəndələri də ölkələrindən İŞİD-ə üzv olma sayının artmasına görə narahatlıq hissi duyduqlarını bildirmişdilər.

 





28.08.2014    çap et  çap et