Vaxt.Az

Putin Ərdoğanın dəvətini yerə saldı


 

Türkiyə prezidentinin andiçməsinə Rusiyanın spikeri gedəcək

Putin Ərdoğanın dəvətini yerə saldı Rusiya prezidenti Vladimir Putin Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün keçiriləcək andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Rusiyanı andiçmə mərasimində Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.

Qeyd edək ki, Ərdoğanın andiçmə mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə, İranı xarici işlər naziri Cavad Zərif, Gürcüstanı baş nazir İrakli Qaribaşvili, Ermənistanı isə xarici işlər naziri Edvard Nalbəndyan təmsil edəcək.

Obamanı isə Ərdoğanın andiçmə mərasimində ABŞ-ın Ankara səfirliyinin məsləhətçisi Cess Beyl əvəz edəcək. (azvision.az)

 





28.08.2014    çap et  çap et