Vaxt.Az

Kaliforniya tarixində ilk qara ləkə


 

Ştatın Dövlət Assambleyası «Dağlıq Qarabağ»ı tanıdı

Kaliforniya tarixində ilk qara ləkə ABŞ-ın Kaliforniya ştatının Senatı qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyinin tanınması haqqında qətnaməni qəbul edib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qətnamədə həmçinin ABŞ prezidenti və Konqresin «Dağlıq Qarabağı»ın müstəqilliyini tanımaq və onu dəstəkləmək çağırışı da öz əksini tapıb.

Qeyd edək ki, Kaliforniya Dövlət Assambleyası bu ilin may ayının 8-də «Dağlıq Qarabağ»ın müstəqilliyinin tanınması ilə bağlı qətnamə qəbul edib. Bu növ qanun layihəsi Kaliforniya Dövlət Assambleyası tarixində ilk dəfə olaraq qəbul olub.

P.S. Qonur ayı Kaliforniya ştatının rəmzi sayılır və ştatın bayrağında həkk olunub. Belə çıxır ki, ABŞ yırtıcısı şimaldakı ağ rəngli həmcinsinin siyasətinə dəstək verir.

 





28.08.2014    çap et  çap et