Vaxt.Az

Ərdoğan bu gün Gülü yola salacaq


 

12-ci prezidentin andiçməsinə 90 ölkənin yüksək rütbəli rəsmisi şahidlik edəcək

Ərdoğan bu gün Gülü yola salacaq Bu gün Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ali Qurultayında and içərək vəzifəsinə başlayacaq. Daha sonra isə mərasim Ankaradakı Çankaya Köşkündə davam edəcək.

Çankaya köşkündə yerli vaxtla saat 11:00-da başlayacaq mərasimə altı qitədən 90-dan çox ölkənin yüksək səviyyəli nümayəndəsi iştirak edəcək.

Mərasimdə R.T.Ərdoğan ölkənin 11-ci prezidenti Abdullah Gülə «Dövlət Şərəf Medalı»nı təqdim edəcək və onu hərbi mərasimlə yola salacaq.

 





28.08.2014    çap et  çap et