Vaxt.Az

«Vurulan təyyarə xəbəri təxribatdır»


 

«Belə məqalələr İranla qonşuluq münasibətlərimizə təsir göstərə bilməz»

«Vurulan təyyarə xəbəri təxribatdır» «Azərbaycan Xarici İşlər Nazirliyi bir çox İsrail və Qərb KİV-lərinin İran üzərində vurulan pilotsuz təyyarənin Azərbaycan ərazisindən buraxılmasına dair yaydığı məlumatları təxribat hesab edir». Bunu virtualaz.org saytı bildirir ki, bunu XİN mətbuat katibi Elman Abdullayev bəyan edib.

E.Abdullayev qeyd edib ki, İran Azərbaycanın yaxın qonşusudur və rəsmi Bakı bu ölkə ilə münasibətlərin inkişafında maraqlıdır: «Belə məqalə və xəbərlər İranla bizim dinc qonşuluq münasibətlərimizə heç bir halda təsir göstərə bilməz».

Yada salaq ki, bəzi İsrail və Qərb KİV-ləri İran üzərində vurulan «Hermes 450» pilotsuz təyyarəsinin Azərbaycan ərazisindən - Naxçıvandakı aviabazadan havaya qalxdığını yazmışdı.

 





28.08.2014    çap et  çap et