Vaxt.Az

Modern.az-ın yubleyidir


 

Ölkənin ən modern mövzulu yazılarla və özəl reportajlarla dolu saytlarından biri 5 yaşını tamamladı

Modern.az-ın yubleyidir Modern.az xəbər portalının 5 yaşı tamam olub. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən 5 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.

Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az yeni nəfəsli bir media quruluşu olaraq beş il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarını tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib.

Ümid edirik ki, sayt bundan sonra da ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalar, müsahibələr, reportajlar, müəllif yazılarının davam etdirsin və oxucularını yeni projelərlə tanış etsin.

Vaxt.az bütün modern.az sevərləri, oxucularını səmimi qəlbdən təbrik edir, əməkdaşlarına isə yorulmadan çalışmaq üçün tükənməyən enerji arzulayır. Xoş xəbərləriniz bol olsun, əziz həmkarlar.

 





01.09.2014    çap et  çap et