Vaxt.Az

Tağı Əhmədovun daha bir kadrı ...


 

«Bakı Metropoliteni»ndə növbəti dəyişiklik

Tağı Əhmədovun daha bir kadrı ... «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

Aznews.az-ın məlumatına görə, Zaur Hüseynovun əmri ilə metropolitenin baş mühəndisi Fuad Tağızadə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə metropolitendə uzun müddət xidmət rəisi vəzifəsində çalışan Əlixan Osmanov təyin olunub.

Z. Hüseynovun digər əmrinə əsasən Fuad Tağızadə Metropolitenin yeni yaradılmış təlim-tədris mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiqləyib.

 





03.09.2014    çap et  çap et