Vaxt.Az

İlqar Mikayıloğlu ANS-dən getdi


 

«Ərizə yazdı və çıxdı. Nə edə bilərik?!»

İlqar Mikayıloğlu ANS-dən getdi Tanınmış teleaparıcı İlqar Mikayıloğlu «ANS» telekanalı ilə yollarını ayırıb. Bu barədə lent.az-a aparıcının özü məlumat verib. O bildirib ki, yeni mövsümdə hansı telekanalla əməkdaşlığa başlayacağını hələ bilmir: «Artıq mənim «ANS» ilə müqavilə müddətim bitib. Yenidən həmin televiziyada işləyib-işləməyəcəyim barədə bir söz deyə bilmərəm. Durum deyim ki, «ay mənə bir neçə telekanaldan dəvətlər var», bu yalan olar. Açığı indi heç iş barəsində düşünmürəm. Çünki səhhətimdə problem var. Qolum çıxıb. Ona görə də səhhətimlə məşğulam».

ANS prezidentinin müşaviri Mais Məmmədov isə azvision.az-a açıqlamasında bildirib ki, aparıcının özü ərizə yazaraq, işdən çıxmasını istəyib: «Onun özü ərizə yazdı və işdən çıxmaq istədi. Ən pis hallarda da o işdən çıxmaq istəyəndə biz onu saxlayırdıq. Amma bu dəfə təkid etsək də işdən çıxdı. Ərizə yazdı və getdi. Nə edə bilərik?!».

 





04.09.2014    çap et  çap et