Vaxt.Az

1957 şirkətdə pozuntu


 

ƏƏSMN özəl müəssisələri cərimələdi

1957 şirkətdə pozuntu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1957 əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.

Xəbərdə deyilir ki, nazirlik idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti məqsədilə yoxlama aparıb. Nəticədə müəssisələrdə əmək qanunvericiliyinin 1957 dəfə pozulması faktı aşkar olunub.

Əmək qanunvericiliyi daha çox özəl sektora aid müəssisələrdə yerinə yetirilməyib. Həmçinin təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında baş verdiyi məlum olub.

Qeyd olunan hüquq pozuntularına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edilib. Son bir ayda cərimələr üzrə dövlət büdcəsinə ödənilən məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 18,3 dəfə çox olub.

 





05.09.2014    çap et  çap et