Vaxt.Az

Ermənilərdən türklərə qarşı daha bir təxribat


 

Bu dəfə mahnıda...

Ermənilərdən türklərə qarşı daha bir təxribat İlk beynəlxalq erməni mahnı yarışması «Tsovits Tsov»un (Dənizdən dənizə) finalına qalan, 14 mahnıdan biri seçilən Sevan Amroyana aid «Axpers u es» («Qardaşım və mən») mahnısı türklərə qarşı nifrət ifadələri ilə diqqət çəkib.

«Qafqazinfo» Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmanın final gecəsi noyabrın 23-də Moskvadakı Kremlin Sarayında keçiriləcək. Qalibə 10 min dollar veriləcəyi müsabiqəyə ermənilərin yaşadığı 12 ölkədən ermənilər qatılıb. Sevan Amroyanın finala keçən «Qardaşım və mən» mahnısında «Türklər qanunsuz Ana vətənə sahib çıxmış», «Qardaşım və mən türkə vururuq» kimi türklərə qarşı nifrət ehtiva edən sözlər yer alıb.

Qeyd edək ki, müsabiqəyə Türkiyədən qatılan erməni və türk musiqiçilərdən ibarət «Vomank» adlı qrup isə finalda «Vantage» adlı mahnı ilə iştirak edəcək.

 





01.11.2014    çap et  çap et