Vaxt.Az

6 rayonumuz atəşə tutulub


 

Cəbhədə erməni təxribatı dayanmır

6 rayonumuz atəşə tutulub Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Müdafiə Nazirliyinə bildirir ki, ermənilər Berd rayonunun Ayqedzor və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Novruzlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 





01.11.2014    çap et  çap et