Vaxt.Az

«Qarabağ» özünü çətinə saldı


 

3 komandanın xalları eynidir

«Qarabağ» özünü çətinə saldı Ağdamın «Qarabağ» komandası dünən UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü oyununu keçirib. F qrupunda yarışan «Qarabağ» Bakıda Ukraynanın «Dnepr» klubu ilə qarşılaşıb. Oyun 2:1 hesabı ilə qonaqların xeyrinə bitib.

Qrupun digər oyununda Fransanın «Sent-Etyenn» komandası evdə İtaliya «İnter»i ilə görüşüb. Bu matçda 1:1 hesabı qeydə alınıb.

4 turdan sonra «İnter» 8 xalla qrup lideridir. Qalan üç komanda - «Qarabağ», «Sent-Etyenn» və «Dnepr» 4 xal toplayıb.

Qrup mərhələsini aşmaq üçün «Qarabağ» minimum 2-ci yeri tutmalıdır.

 





07.11.2014    çap et  çap et