Vaxt.Az

Atəş kəsməyib


 

Cəbhədə erməni təxribatı dayanmır

Atəş kəsməyib Qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub.

Vaxt.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, ermənilər Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 





07.11.2014    çap et  çap et