Vaxt.Az

«Apple» də Azərbaycana qarşı təxribata yol verdi


 

Problem şirkətin istifadə etdiyi xəritə ilə bağlıdır

«Apple» də Azərbaycana qarşı təxribata yol verdi «Apple» şirkətinin «İphone» telefonlarında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində Azərbaycan əraziləri Ermənistan ərazisi kimi təqdim edilir.

«Trend»-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində sosial şəbəkələrdə məlumatların paylaşılması zamanı, eləcə də GPS koordinatları axtarılan zaman yerin adı Azərbaycan deyil, Ermənistan ərazisi kimi göstərilir. Mövcud sistem istifadəçinin düzəlişini qəbul etmədiyindən şəbəkə istifadəçisi olan şəxs telefonunda həmin səhvi də qətiyyən düzəldə bilmir.

Sosial şəbəkəyə kompüter vasitəsilə daxil olduqda isə «İphone»-un yalnız bəzi yer adları ilə bağlı yaratdığı səhvləri aradan qaldırmaq mümkün olur. Məlumat şəbəkəyə telefon vasitəsilə yerləşdirildiyindən kompüter bütün məlumatların düzəlişini qəbul etmir.

Qeyd edək ki, bu gün mobil telefon şirkətləri vahid xəritədən istifadə etmirlər. «İphone» telefonlarında da Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində Azərbaycan ərazilərinin Ermənistan ərazisi kimi təqdim edilməsinin əsas səbəbi həmin şirkətin istifadə etdiyi xəritə ilə bağlıdır. Hər bir şirkət fərqli mənbələrə istinad etdiyindən fərqli xəritələrdən istifadə edirlər ki, nəticədə də belə vəziyyət yaranmış olur.

«Apple» şirkətinin MDB ölkələri üzrə nümayəndəliyinin rəhbəri Denis Yurçenko məsələ ilə bağlı sorğusunu cavablandıra bilməyəcəyini söyləyib.

 





17.11.2014    çap et  çap et