Vaxt.Az

«O qədər həvəssiz işləyirlər ki...»


 

AMEA prezidenti institutları topa tutdu

«O qədər həvəssiz işləyirlər ki...» Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti Akif Əlizadə akademiyanın elmi bölmələrini tənqid edib. Lent.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin iclasında akademiyanın prezidenti A. Əlizadə qeyd edib ki, iclasda bölmələrin katiblərinin bir çoxu iştirak etmir: «Təəssüf ki, institutlar, elmi bölmələr reklam materialları və broşuralar hazırlamır və onları AMEA rəhbərliyinə təqdim etmirlər. Bu yaxınlarda Almaniyada səfərdə oldum. Səfərə gedərkən akademiyanın institutları haqqında məlumat bukletləri apara bilmədim. Bukletləri hazırlayarkən də bu işləri o qədər həvəssiz görürlər ki, onu kiməsə təqdim etməyə utanırsan».

İclasın davamında akademik Rasim Əliquliyev də institutların tanınması üçün yeni addımların atılmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, institutların giriş lövhələri, onlar barədə yayılan məlumatların stili və forması dəyişilməlidir. Bununla bağlı hər bir institut rəhbərliyi müvafiq işlər görməlidir.

 





19.11.2014    çap et  çap et