ANS PRESS-in məlumatına görə, o deyib ki, Avropa İttifaqı bununla bağlı mövqe bildirməlidir: «Sərhədlərin dəyişdirilməsi, xüsusilə də hərbi yolla dəyişdirilməsi yolverilməzdir. Ukraynanın ərazi bütövlüyünün pozulmasını düzgün hesab etməyərək biz Avropa Parlamentində Russiya əleyhinə sanksiyalar barədə danışırıq. Krımın ilhaqı səhv addımdır. Şərqi Ukraynada baş verənləri də qınayırıq. Biz Azərbaycanın ərazi bütövlüyünün pozulması, qonşu ölkə tərəfindən anneksiya edilməsi, ərazisinin bir hissəsinin güc yolu və separatçılıqla qoparılmasını da qınayırıq. Həll yoluna danışıqlar vasitəsilə nail olmaq lazımdır. Dil və mədəniyyət məsələləri ilə bağlı ziddiyyətlər milli dövlət çərçivəsində müzakirə olunmalıdır».
Onun sözlərinə görə, XXI əsrdə müharibə və silah yolu ilə problem həll etmək, bu istiqamətdə irəliləmək düzgün deyil. Bu problem Azərbaycan xalqı ilə həll etmək gərəkdir ki, erməni xalqı da, Azərbaycan xalqı ilə bir masa arxasına oturmalıdır.