Vaxt.Az

«Savaş hər an başlaya bilər»


 

Slovak deputat: «Azərbaycan torpaqlarının işğalı davamlı ola bilməz»

«Savaş hər an başlaya bilər» Avropa Parlamentinin Xarici İşlər Komitəsinin üzvü, Avropa İttifaqı-Azərbaycan, Avropa İttifaqı-Ermənistan və Avropa İttifaqı-Gürcüstan parlamentlərarası əməkdaşlıq komissiyasının əvəzedici üzvü Boris Zala Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, o deyib: «Son hadisələr onu göstərdi ki, sözdə dondururulmuş münaqişə hər an həqiqi müharibəyə çevrilə bilər. Azərbaycan torpaqlarının işğalı davamlı ola bilməz və bu, Avropa İttifaqı xarici siyasəti qarşısında duran real məsələdir. Xüsusilə də, Rusiyanın regiondakı hazırki siyasətini nəzərə alaraq daha qətiyyətli addımlar atmalıyıq».

Xatırladaq ki, Avropa Parlamentində Slovakiyanı təmsil edən Boris Zala hadisələri eunews.az-a şərh edib.

 





20.11.2014    çap et  çap et