Vaxt.Az

Oğlu öldürülən ana 25 «Taliban»çını məhv edib


 

Əfqanıstanda 3 qadın 7 saat müqavimət göstərib

Oğlu öldürülən ana 25 «Taliban»çını məhv edib Əfqanıstanda qadın öldürülən oğlunun qisasını almaq məqsədilə ən azı 25 «Taliban»çını güllələyib. APA-nın «Khaama Press»ə istinadən xəbərinə görə, qadının polis bölməsində xidmət edən oğlu Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsində anasının gözləri qarşısında öldürülüb.

Bundan sonra ana qızı və gəlini ilə birlikdə nəzarət-buraxılış məntəqəsindəki silahları toplayaraq taliblərlə atışmağa başlayıb. Döyüş 7 saat çəkib. Nəticədə azı 25 yaraqlı öldürülüb, daha 5 nəfər yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi bildirib ki, üç qadının bu qəhrəmanlığı «inqilabın və «Taliban» hərəkatına qarşı ictimaiyyətin dirənişinin simvoluna çevrilib».

«Taliban» hərəkatının nümayəndələri hələlik faktla bağlı açıqlama yaymayıb.

 





25.11.2014    çap et  çap et