Vaxt.Az

Düşmən ordusunda qırğın


 

Tank atəşi tələfata səbəb oldu

Düşmən ordusunda qırğın Ermənistanda tankdan erməni hərbçilərə atəş açılıb.

«Trend»in əldə etdiyi məlumatlara görə, bu gün Ermənistan silahlı qüvvələrinin Tavuş rayonunda yerləşən hərbi hissələrinin birində «T-72» tankından açılan atəş ermənilər üçün faciə ilə nəticələnib.

Qəfil atəş nəticəsində bir erməni hərbçi ölüb, digəri isə yaralanaraq yerli tibbi müəssisələrin birinə yerləşdirilib.

Hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

 





25.11.2014    çap et  çap et