Vaxt.Az

Bakıda bank yanır


 

«Yapı Kredi Bank»ın Nərimanov filialı alışıb

Bakıda bank yanır Bakıda bank binası yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə «Yapı Kredi Bank»ın Nərimanov rayonu, Z. Bünyadov prospektində yerləşən filial binasında meydana gəlib.

Yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 





03.12.2014    çap et  çap et