Vaxt.Az

«Biz ortada qalmış xalqıq»


 

Erməni liderin tarixi etirafı

«Biz ortada qalmış xalqıq» «V əsrdə biz İranla Bizansın ortasında qalmışdıq, indi isə Rusiya ilə ABŞ-ın ortasındayıq, sabah da kimlərsə çıxacaq».

ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın «İrs» partiyasının parlament fraksiyasının başçısı Ruben Akopyan qanunverici orqandakı çıxışında deyib.

V əsrdən bu yana Ermənistanın müstəqilliyin itirməsindən danışan Akopyan bildirib: «Onda da biz özümüzdən başqa hamını günahlandırmaqla məşğul idik, biz bütün bəlalara görə İran və Bizansı günahlandırırıq. Problem isə özümüzdədir. Biz tariximizin niyə bu cür getdiyini müəyyən etməyənə qədər qonşularımızı günahlandırmaqda davam edəcəyik».

«Milli dəyərimiz olan ailəmizi itirdiymizə görə məgər Amerika günahkardır?» - deyə Akopyan parlamentə sual verib.

 





05.12.2014    çap et  çap et