Vaxt.Az

«Onun əsas tutduğu bir yol var»


 

Hikmət Hacızadə: «Gülən Ərdoğandan bir neçə şey istəyir»

«Onun əsas tutduğu bir yol var» «Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hökumətə sızdırılan adamları məhv etməyə çalışır».

Bunu hafta.az-a açıqlamasında politoloq Hikmət Hacızadə Türkiyədəki son olaylara münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, qardaş ölkədə axırıncı həbslər bundan sonra da davam edəcək. Hikmət Hacızadə "Gülən hərəkatı" liderinin Ərdoğanla maraq toqquşmalarından da danışıb:

«Fətullah Gülən Türkiyə hökumətinin onun istəyi ilə hərəkət etməsini istəyir. Bundan başqa, Amerikada oturan din xadimi  Türkiyə rəhbərini onun istədiyi kimi addımlar atmağa təhrik edir. O deyir ki, mən yönümü qərbə tərəf çevirirəmsə, sən də çevir. İsraillə dava etmə. Qərblə münasibətləri yumşaltmağa çalış».

Politoloq Ərdoğanın Gülən tərəfdarlarını həbs etdirməsinin aqibətindən də danışıb. Hikmət Hacızadə nurçuların zərbələr fonunda «heyfçıxma» planına da münasibət bildirib: «Amma hələ ki, Gülən və onun tərəfdarları dövlət çevrilişi etməyə hazır deyil. Ona görə də onlar məsələni hər zaman problemi sülh yolu ilə həll etməyə səy göstərib. Fətullah Gülənin əsas tutduğu bir yol var. O, yavaş-yavaş hökuməti ələ almaq yolunu tutub. Güc strukturlarına, nazirliklərə öz adamlarını yerləşdirməklə pozisiya qurmaq istəyir. Onun siyasəti budur. Bir vaxtlar isti münasibətləri olan Ərdoğanla Gülənin indi araları dəyib. Türkiyə prezidenti də yavaş-yavaş bunları məhv etməyə çalışır. Polisdən, hökumət idarələrindən körükləməyə başlayıb. İndi də dövlət ideologiyasına əks mövqe tutanlar həbs olunur».

Xatırladaq ki, Türkiyədə Nurçu təriqətinə mənsub olduğu iddia edilən  media mənsublarının kütləvi həbsinə başlanılıb. Hətta həbs olunanlar arasında «Zaman» qəzetinin ümumi yayım müdiri Ekrem Dumanlı da var. Onun təslim olmadığı üçün xüsusi əməliyyatla ələ keçirildiyi vurğulanıb.

 





18.12.2014    çap et  çap et