Vaxt.Az

TANAP sığortalanıb


 

Kəmərin 1 kilometri neçəyə başa gəlir?

TANAP sığortalanıb Türkiyənin tanınmüş şirkəti olan «Tekfen Holding» Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin tikintisi üzrə tenderin qalibi elan edildikdən sonra tikəcəyi boru kəməri hissəsinin sığortalanmasını elan edib.

Caspian Barrel Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tekfen Holding TANAP-ın Sivasdan Eskişehir yaşayış məntəqəsinə qədər olan hissəsini tikəcək. Tikiləcək borunun uzunluğu 509 km, diametri isə 56 düymədir.

Tekfen-in İstanbul Fond Birjasında açıqladığı məlumatdan aydın olub ki, tikəcəyi boru 565 mln. dollar məbləğində sığortalanıb.

Beləliklə, açıqlanan bu məlumatdan aydın olur ki, Tekfen Türkiyənin qərb hissəsində inşa olunacaq boru kəmərinin 1 kilometrini 1,11 milyon dollardan sığortalayıb.

 





24.12.2014    çap et  çap et