Vaxt.Az

Düşmən kəşfiyyatçılarının komandiri məhv edildi


 

Müdafiə Nazirliyi: «Ermənilərin iki diversiya qrupu geri oturduldu»

Düşmən kəşfiyyatçılarının komandiri məhv edildi Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

Şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində iki kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

***

10:57

Ötən gün Ermənistan ordusu daha bir itki verib.

ANS PRESS-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hadisə işğal olunmuş Dağlıq Qarabağda qeydə alınıb.

Erməni mətbuatı saat 19:55-də 24 yaşlı Tiqran Simonyanın xidmətdə olarkən ölümcül yara aldığını bildirir. Bir qədər sonra hərbçi ölüb. Ermənistan Müdafiə Nazirliyi insidentlə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, son vaxtlar Ermənistan ordusu cəbhədə xeyli sayda itki verir. Təkcə yanvar ayında düşmən ordu 20-dən çox hərbi qulluqçusunu itirib. Onlarla yaralısı var.

 





11.02.2015    çap et  çap et