Vaxt.Az

Heydər Əliyev adına turnir


 

KİV nümayəndələri atıcılıq qabiliyyətlərini göstərəcək

Heydər Əliyev adına turnir Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti KİV nümayəndələri arasında II atıcılıq turniri keçirəcək. Bu barədə vaxt.az-a qurumun mətbuat xidmətinin rəhbəri Nurəddin Heydərov xəbər verib.

N.Heydərovun məlumatına görə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turnirinə start verib. Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Xəbərdə daha sonra bildirilir ki, turnir may ayının 2-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında keçiriləcək.

Mətbuat xidmətinin rəhbəri turnirdə iştirak etmək üçün tələb olunan şərtləri açıqlayıb. Beləliklə, yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. Bunun üçün həmin KİV-dən komandanın tərkibi haqqında məlumatı aprel ayının 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına məlumat göndərməsi xahiş olunur.

Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi.

Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 





07.04.2015    çap et  çap et