Vaxt.Az

Elnur coşqu ilə qarşılandı


 

«Eurovision» yarışmasındakı təmsilçimizin tanıtım turu başladı

Elnur coşqu ilə qarşılandı Azərbaycanın «Eurovision 2015» Mahnı Müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Macarıstanın paytaxtı Budapeştdə səfərdə olub. O, Macarıstanda «М1» telekanalının səhər şousunun qonağı olub və müsabiqədə səsləndirəcəyi «Hour of the Wolf» mahnısını ifa edib.

Sonra ifaçı yerli mətbuata bir neçə müsahibə verib. Elnur Hüseynov yarışmanın Macarıstan təmsilçisi Boqqi ilə görüşüb. Hər iki təmsilçi Budapeşti gəziblər. Pərəstişkarları Elnurla Boqqini coşğu ilə qarşılayıblar.

Ölkə təmsilçimizin tanıtım turu çərçivəsində növbəti dayanacaqları Amsterdam, Moskva şəhərləri olacaq. O, aprelin 18-də bu ilki «Eurovision» şousunun 20 iştirakçısı ilə birlikdə Niderlandda hər il keçirilən ənənəvi «Eurovision in Consert» partisində çıxış edəcək. Aprelin 24-də isə Rusiyanın paytaxtında müsabiqə öncəsi daha bir tədbirə qatılacaq.

Müsahibəsində böyük «Eurovision» ailəsinə qayıtmaqdan məmnunluğunu bildirən təmsilçimiz bu il Avstriyanın paytaxtında keçiriləcək müsabiqədə ikinci yarımfinalında səhnəyə çıxacaq. O, 11-ci çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı mayın 21-də, finalı isə 23-də olacaq.

 





14.04.2015    çap et  çap et