Vaxt.Az

«Dediyim fikrin üstündə qalıram»


 

Əli Həsənov: «Ölkədə narkomanların sayını biz necə dəqiqləşdirək?»

«Dediyim fikrin üstündə qalıram» «Azərbaycanda narkotik istifadəçilərinin dəqiq sayının olmadığı barədə dediyim fikrin üstündə dayanıram».

Bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov bildirib ki, bu məsələ ilə bağlı köməklik göstərilməsi üçün BMT-yə müraciət edib: "Bunu dəqiqləşdirmək təcrübəmiz yoxdur. Mənə deyirlər ki, beynəlxalq təcrübədə də elə şəffaf mexanizm yoxdur. Belə şəffaf təcrübə yoxdursa, ölkədə narkomanların sayını biz necə dəqiqləşdirək? Amma mən hər halda hesab edirəm ki, BMT bizə kömək etsə, narkomanların sayını dəqiqləşdirmək olar».

 





15.04.2015    çap et  çap et