Vaxt.Az

«Çornaya reçka»dan qara xəbər


 

Sankt-Peterburq metrosundakı partlayış 10 adamın həlakı, 50-dən çox yaralıya səbəb oldu

«Çornaya reçka»dan qara xəbər Sankt-Peterburq metrosunda bir-birinin ardınca törədilən iki partlayış nəticəsində yaralananlar və ölənlər var. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 10-a çatıb. Partlayışın təfərrüatları barədə məlumat yoxdur. Hadisənin terror aktı olub-olmadığı barədə rəsmi orqanlar hələ açıqlama verməyib.

Partlayışlardan biri «Texnologiya institute» metrostansiyasında, digəri «Sena meydanı» stansiyasında baş verib. Birinci partlayışda azı 5 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.


***


16:06

Az əvvəl Rusiyanın Sankt-Peterburq şəhərinin «Sena meydanı» metrostansiyasnda partlayış baş verib.

Bu barədə TASS xəbər verir. Partlayış nətiəsində yaralananlar var. REN TV hadisə yerindən foto yayıb və orada azı 7 yaralının olduğu görünür. Xəbər yenilənəcək.

 





03.04.2017    çap et  çap et