Vaxt.Az

Rusiya Ermənistanla HHM sistemi quracaq


 

Putin KTMT-nin gündəmindən danışdı

Rusiya Ermənistanla HHM sistemi quracaq Rusiya Belarusun Hava Hücumundan Müdafiə (HHM) Sistemini təkmilləşdirərək Qazaxıstan və Ermənistanla bu müdafiə sistemi formalaşdıracaq. Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlərin təqdim edilməsi mərasimində deyib.
«Bu addım Avrasiya regionunda sülhün inkişaf etməsinə yardımçı olacaq». Putin «Qərb-2013» Rusiya-Belarus strateji təliminin uğurla keçdiyini, gələcəkdə isə Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan qoşunlarının iştirakı ilə regional qruplaşmaların yaradılması məsələsinin gündəmdə olduğunu bildirib.
 





19.11.2013    çap et  çap et